Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google
Мобильные приложения
AppStore GooglePlay

fuckTHEsystem, 41 - 5 марта 2009 17:40

Adına qurban Azərbaycan...
Qeyrət qoxulu torpağına...
Şirin şəkər dilinə...
Odlu ürəyinə,
nəfəsinə qurban Azərbaycan!
.... .... ....
Aşıqının köksünə sixdığı saza
Sazında sizlayan sari telə...
Göygölünə, aydın suyuna...
Başı dumanlı
Savalana qurban Azərbaycan!
.... .... ....
Atalarının şərəf çizgili əlinə
Analarının mələk üzünə...
Oğullarının mərdliyinə...
Qızlarının utanqac baxışına,
həyasına qurban Azərbaycan!
.... .... ....
Sənlə yaranmış qədim tarixinə
Babəkinə, koroğluna, nəbinə...
Canına can qatan sevdalına...
21 Azərdə məzlum xalqının axan
qanına qurban Azərbaycan!
.... .... ....
Muğamına, nisgilli tarına
Coşqun ürəkli şairinə, şe`rinə...
Şirininə, həm də acına...
Həsrətinə, sevincinə, sənə Ana diyən
dilə qurban Azərbaycan!
.... .... ....
Mənə bəxş etdiyin şana, şöhrətə
Əbədilik fəxr səbəbim TÜRKlüyümə
Könlü yaralı Arazına, mavi Xəzərinə...
O tayına, bu tayına, hər qarış
torpağına qurban Azərbaycan!
[SIZE=+1][B][COLOR=red]Adına qurban AZƏRBAYCAN[/COLOR][/B][/SIZE]
Добавить комментарий Комментарии: 0
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.