Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google
Мобильные приложения
AppStore GooglePlay

fuckTHEsystem, 41 - 18 ноября 2009 12:39

Все
[COLOR=darkblue]Azərbaycanda ilk rock qruplarından biri, 1988-2001-ci illərdə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərmişlər.
YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır.
1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəğdəliyev bu yöndə fəaliyyət göstərir.
Qrup üzvləri:
-Cəsur Nemətov - vokal
-İbrahim Emin - bass gitara
-Çingiz Eyvazov - zərb,baraban
-Namiq Nəqdəliyev - gitara

Fəaliyyətləri:
Yuxu qrupu Azərbaycanın ilk rok qrupu olub. Daim əziyyətlə albom buraxan qrupun bu illər ərzində üç albomu işıq üzü görüb. Türkiyə və digər başqa ölkələrin dilində YUHU və ya YUKHU kimi tanınan qrup artıq bu gün əfsanəyə çevrilmişdir.

Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir. Kıraçın Türk Dizisi adlanan seriallarında oxuduğu musiqilərin çoxsunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul Masalı" kino serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: Pırıltı, Göz yaşı, Çığlık və s. belə bəstələrdir. Deyilən faktlara əsasən o Tufan Kıraçın şəxsi gitaraçısıdır.
Azərbaycan musiqiçilərindən yalnız Zülfiyyə Xanbabayevanın "Məni daha gözləmə" adlı parçasının gitara hissəsini ifa edib.

Albomları:
-Xəzərin Sahilində - 1993
1.Üz bə üz
2.Şər
3.Al özünü elə
4.Eşid ey düşmən
5.Istanbul
6.Xəzərin sahilində
7.Papaq
8.Məni sənsən düşündürən
9.Ala gözlü yar
10.Döngə

-Sumqayit - 1994
1.Bayati şiraz
2.Sumqayit
3.Dünya dəyişir
4.Xəyalpərəst
5.Oyan yuxudan
6.Çayçida
7.Aldatdin məni sən
8.Qul ve Şah
9.Sev bu dünyani
10.Yolçu


-Ölümə çarə yox - 2001
1.Ölümə çarə yox
2.Səbinə
3.Şir
4.Canli meyid
5.Qonşu qiz
6.Iblis
7.Karadeniz turkusu
8.Ulu tanrim
9.Bəd[/COLOR]
Добавить комментарий Комментарии: 0
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.