Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google
Мобильные приложения
AppStore GooglePlay

fuckTHEsystem, 41 - 23 декабря 2009 08:58

Все
[COLOR=darkblue][B]Odrubad Üsulu Maş Şorbası[/B][/COLOR]

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1 xörək qaşığı quru nanə

1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.

2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.

3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.

4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.

5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin.

6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

Nuş Olsun!
Добавить комментарий Комментарии: 0
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.